"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Unspun, white knighting və digər ingilis neologizmləri
Dünyada gedən proselərlə əlaqədar olaraq, müxtəlif dillərin lüğət tərkibinə vaxtaşırı yeni sözlər əlavə olunur. 2016-cı il OxfordDictionaries.com üçün yeni söz və ifadələr baxımından məhsuldar ildir.
OxfordDictionaries.com lüğətinə ən son əlavələr arasında "phubbing" (həmsöhbətlə söhbət etmək əvəzinə diqqətini mobil qurğuya yönəltmək vərdişi), "dumpster fire" (xaotik və ya katastrofik vəziyyət) və "hot take" (diqqəti cəlb etmək üçün yaxınlarda baş vermiş hadisəyə operativ şərh vermək) kimi maraqlı terminlər vardır.
Bundan başqa, kütləvi informasiya vasitələrində və onlayn diskussiyalarda müəyyən neologizmlər getdikcə daha geniş yayılsa da, hələlik lüğətə daxil edilmək üçün meyarlara cavab vermir. Ehtimal ki, aşağıdakı sözlərdən bəziləri sınaqlardan keçərək, nəticədə, lüğətdə öz yerini tutacaq.
Məsələn, ABŞ-da prezident seçkiləri və Böyük Britaniyada son hadisələr yeni sözlərin əmələ gəlməsi prosesinə əhəmiyyətli təsirini göstərmişdir. Belə sözlərdən biri - ilkin mənası hörülməmiş yun lifi olan "unspun" sözü - siyasi kontekstdə əksər seçicilərin arzuladığı siyasət haqqında danışarkən, "əsl" sözünün sinonimi kimi getdikcə daha çox işlədilir.
Eyni zamanda, texniki tərəqqi daim dildə boşluqlar yaradır və həmin boluşqlar ya mövcud sözlərin yeni mənada işlədiləməsi yolu ilə (məsələn, bir milyard dollardan artıq aktivlə fəaliyyət başlayan şirkət üçün işlədilən "unicorn"), yaxud da tamamilə yeni terminlərin yaradılması ilə (məsələn, yuxarıda qeyd edilən "phubbing") doldurulur.
Sözsüz ki, son zamanlar yaranmış "Mukbang" ikinci kateqoriyaya aiddir. Bu söz Koreya dilində "meokneun" (yemək) və "bangsong" (translyasiya) sözlərinin birləşməsi olmaqla, "kiminsə izləyicilərdə iştah yaratmaq məqsədilə yemək yediyi video-yazı" mənasını bildirir. Bu qəribəlik Koreyada başlasa da, görünür, artıq ingilis dilinə yol tapmağa başlayır.